Almaniya Rusiyanın “kölgə donanması”na qarşı mübarizəni sərtləşdirir

2

Almaniya iyulun 1-dən etibarən Baltik dənizində şərq istiqamətində gedən gəmilər üzərində nəzarəti gücləndirir, neft dağılması halına qarşı sığortanın olub-olmadığını sorğulamağa başlayır.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Almaniyanın Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir.

Yeniliklər şərq istiqamətində hərəkət edən gəmilərə aiddir. Bu, Rusiya ilə əlaqəsi olan “kölgə donanması”na qarşı mübarizə, həmçinin dəniz gəmilərinin hərəkətinin təhlükəsizliyinin artırılması və ətraf mühitin qorunması ilə əsaslandırır. Xarici İşlər Nazirliyi “kənarlaşmalar” aşkar edildiyi təqdirdə gəmilərin sanksiya siyahılarına daxil edilməsinə qədər tədbirlər görəcəyi ilə hədələyir.

Açıqlamada bildirilir ki, İsveç də analoji addımlar atmağa başlayacaq.