Bu gün Şıxovda, Windsurfing Baku tərəfindən təşkil edilən və Ramada by Wyndham otelinin sahil zonasında keçirilən BAKU SUP FEST 2025, yüzlərlə su idmanı həvəskarını bir araya gətirdi.
Festival Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının təşkilatçılığı, Azərbaycan Yelkən Federasiyasının isə yarışların təşkili və dəniz təhlükəsizliyi sahəsində dəstəyi ilə baş tutdu.
SUP yarışları festivalın əsas hissəsini təşkil etdi – müxtəlif yaşdan iştirakçılar arasında gərgin və əyləncəli rəqabət yaşandı, qaliblər mükafatlandırıldı.
Vindsörf, wakeboard, qayıqla dəniz turları və kitesörf üzrə master-klasslar qonaqlara təqdim edildi.
Canlı musiqilər, əyləncə zonaları və Red Bull sürprizləri tədbirə rəng qatdı.
BAKU SUP FEST 2025 sübut etdi ki, Bakı yayda təkcə dənizi ilə deyil, enerji dolu festivalları ilə də seçilir!





Source:https://www.facebook.com/sailingaze