27-29 avqust tarixlərində AZCON Holding şirkətlərindən olan ADY-nin Bakı Limanında Ümumdünya Gömrük Təşkilatı və BMT-nin birgə proqramı çərçivəsində təlim keçirilir.
Təlim Azərbaycan və Türkmənistanın gömrük liman nəzarət qrupları arasında əməkdaşlığın gücləndirilməsinə həsr olunub.
İştirakçılar gömrük və sərhəd nəzarəti üzrə qabaqcıl təcrübə mübadiləsi aparacaq və Bakı Limanının infrastruktur imkanları ilə tanış olurlar.
Bu təşəbbüs regional ticarətin təhlükəsizliyi və səmərəliliyinə mühüm töhfə verəcək.









