Bölgədə dəniz insidentləri: 25 gəmi hədəfə alınıb

40

ABŞ və İsrailin İrana qarşı müharibəsinin başlanmasından bu yana Fars körfəzi regionunda 25 gəmi hücuma məruz qalıb.

Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Əməliyyatları üzrə Koordinasiya Mərkəzi (UKMTO) bu barədə məlumat yayıb. Bildirilib ki, fevralın 28-dən mayın 5-dək Fars körfəzi, Hörmüz boğazı və Oman körfəzi ərazilərində fəaliyyət göstərən gəmilərlə bağlı ümumilikdə 45 insident qeydə alınıb. Bunlara 25 hücum, 18 şübhəli fəaliyyət və 2 gəminin ələ keçirilməsi daxildir.

BMT-nin Beynəlxalq Dəniz Təşkilatının (IMO) məlumatına görə, münaqişə dövründə regionda ümumilikdə 31 ciddi insident baş verib. Hadisələr nəticəsində 10 dənizçi həyatını itirib, bir neçə nəfər isə ağır yaralanıb.

Beynəlxalq qurumlar bölgədə dəniz təhlükəsizliyinin ciddi risk altında olduğunu və ticarət gəmilərinin hərəkətinin xeyli çətinləşdiyini bildirirlər.