İran hakimiyyəti Hörmüz boğazından keçən gəmilər üçün yeni keçid sisteminin tətbiq olunduğunu açıqlayıb.
Ölkənin dövlət televiziyasının yaydığı məlumata görə, bundan sonra boğazdan istifadə etmək istəyən gəmilər əvvəlcədən İran tərəfini məlumatlandırmalı və müəyyən edilmiş hərəkət qaydalarını əks etdirən elektron bildiriş əldə etməlidir.
Bu tələbləri qəbul edən gəmilərə tranzit keçid üçün rəsmi icazə veriləcək. Müvafiq icazələrin təqdim olunması üçün xüsusi olaraq yeni qurumun yaradıldığı bildirilir.
Yeni sistemin tətbiqi SEPAH-ın Hörmüz boğazında hərəkət edən gəmilərə ünvanladığı son xəbərdarlıqlarla eyni vaxta təsadüf edir və regionda nəzarətin gücləndirilməsi istiqamətində atılan addım kimi qiymətləndirilir.





