Gəmilərə İran dəhlizi tövsiyə edilir

28

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bütün gəmiləri Hörmüz boğazından yalnız Tehran tərəfindən təmin edilən dəhliz vasitəsilə keçməyə çağırıb.

İran dövlət televiziyasının yaydığı məlumata görə, SEPAH-ın açıqlamasında qeyd olunur ki, bu marşrut Hörmüz boğazında naviqasiya üçün “yeganə təhlükəsiz yol” hesab edilir.

Bəyanatda bildirilir: “İranın təmin etdiyi dəhliz Hörmüz boğazında təhlükəsiz hərəkət üçün yeganə yoldur. Gəmilərin alternativ marşrutlara yönləndirilməsi risklidir və SEPAH Hərbi Dəniz Qüvvələri bu qaydaları pozanlara qarşı qəti tədbirlər görəcək.”

Son dövrlər Hörmüz boğazında təhlükəsizliklə bağlı gərginlik artmaqda davam edir və beynəlxalq dəniz daşımaları şirkətləri vəziyyəti diqqətlə izləyir.