Kanar adaları kruiz gəmisini qəbul etmir

27

Ölümcül hantavirus epidemiyası ilə əlaqədar diqqət mərkəzinə düşən “MV Hondius” kruiz gəmisinin taleyi qeyri-müəyyən olaraq qalır. Kanar adalarının regional hökumətinin rəhbəri Fernando Klavixo gəminin arxipelaqda lövbər salmasına qarşı çıxdığını bəyan edib.

Bu açıqlama İspaniya Səhiyyə Nazirliyinin bir gün əvvəl gəminin “beynəlxalq hüquq və humanitar prinsiplərə uyğun olaraq” qəbul ediləcəyini bildirməsindən sonra verilib. Nazirlik qeyd edib ki, gəmi Kanar adalarına çatdıqdan sonra tibbi qruplar bütün sərnişin və heyət üzvlərini müayinə edəcək, zəruri müalicə tədbirləri həyata keçiriləcək və daha sonra onların ölkələrinə qayıdışı təşkil olunacaq.

Fernando Klavixo isə qərarın kifayət qədər əsaslandırılmadığını bildirib: “Bu qərar heç bir texniki meyara əsaslanmır və ictimaiyyəti sakitləşdirmək və ya təhlükəsizliyi təmin etmək üçün yetərli məlumat təqdim olunmayıb”.

Regional rəhbər məsələ ilə bağlı İspaniyanın Baş naziri Pedro Sançeslə təcili görüş tələb etdiyini də açıqlayıb.Klavixo ölkədə əsas müxalifət qüvvələrindən biri olan Xalq Partiyasını təmsil edir.

Mövcud vəziyyət fonunda həm səhiyyə təhlükəsizliyi, həm də beynəlxalq öhdəliklər arasında balansın necə qurulacağı əsas müzakirə mövzusuna çevrilib.