ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus üçüncü “USS Rafael Peralta” idarəolunan raket esminesi “Azadlıq” missiyası çərçivəsində Hörmüz boğazından keçərək Fars körfəzinə daxil olub.
“CBS News” televiziya kanalının rəsmi mənbələrə istinadən yaydığı məlumata görə, “USS Truxtun” və “USS Mason” daxil olmaqla digər ABŞ hərbi gəmiləri hazırda Hörmüz boğazının qərb hissəsində əlavə təlimatların verilməsini gözləyir.
Rəsmi şəxslər bildiriblər ki, bu qüvvələr boğazdan keçərək Fars körfəzini tərk etməyə çalışan kommersiya gəmilərinin təhlükəsizliyini təmin etmək məqsədilə çoxqatlı müdafiə sisteminin tərkibində fəaliyyət göstərir. Bu sistemə hərbi gəmilər, döyüş təyyarələri və hava hücumundan müdafiə vasitələri daxildir.





