ASCO kollektivi Fəxri xiyabanda

60

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) kollektivi müasir Azərbaycanın memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Fəxri xiyabanı ziyarət edib.

Ziyarət zamanı Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla yad olunub, məzarı önünə gül dəstələri düzülüb.

ASCO əməkdaşları həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini anaraq məzarı üzərinə gül dəstələri qoyublar.