ASCO əməkdaşı “Heydər zirvəsi”ndə

136

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə dəniz səviyyəsindən 3751 metr yüksəklikdə yerləşən “Heydər zirvəsi”nə təşkil olunmuş yürüşdə ASCO-nun əməkdaşı da iştirak edib.

Yürüş iştirakçıları Ulu Öndərin əziz xatirəsini ehtiramla yad edərək zirvədə Azərbaycan bayrağını dalğalandırıblar.

Tədbirin məqsədi Ümummilli Lider Heydər Əliyevin zəngin irsinin təbliği, gənclərdə vətənpərvərlik ruhunun gücləndirilməsi və sağlam həyat tərzinin təşviqi olub.

ASCO.