60-dan çox gəmi istiqamətini dəyişdi

127

ABŞ hərbçiləri İranın dəniz blokadası başlayandan bəri 60-dan çox ticarət gəmisinin istiqamətini dəyişdirib, 4 gəmi isə vurulub.

Bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandalığı (CENTCOM) “X” sosial şəbəkəsində yazıb.

“20-dən çox ABŞ gəmisi İrana qarşı blokadanı tətbiq edir. CENTCOM qüvvələri 61 kommersiya gəmisini istiqamətləndirib və dörd gəmini tabe olmaq üçün sıradan çıxarıb”, – deyə bildirilib.

ABŞ Mərkəzi Komandanlığı İran limanlara gedən bütün gəmilərin, eləcə də sahillərini tərk etməyə çalışan gəmilərin hərəkətini bloklamaq niyyətində olduğunu bildirib.