Britaniya Donanması qadın hərbçilər üçün yeni forma hazırlayır

44

Böyük Britaniya Hərbi Dəniz Qüvvələri qadın hərbçilər üçün yeni rəsmi geyim formasının hazırlanmasına 200 min funt-sterlinqədək vəsait ayırmağı planlaşdırır.

“The Times” nəşrinin qurumun daxili sənədinə istinadən yaydığı məlumata görə, buna səbəb mövcud formadakı düymələrin “uyğunsuz yerləşdirilməsi” ilə bağlı narazılıqlar olub.

Sənəddə qeyd olunur ki, hazırda istifadə olunan “köhnə üslub” rəsmi geyim forması yenisi ilə əvəz edilməlidir və layihənin xərcləri dövlət büdcəsi hesabına qarşılanacaq.

Mövcud formanın ön hissəsində hərəsində iki düymə olmaqla dörd sıra yerləşir. Yeni dizaynda isə bütün düymələrin daha aşağı hissədə yerləşdirilməsi nəzərdə tutulur.

950-dən çox qadın zabit yeni forma ilə təmin ediləcək.

Nəşrin yazdığına əsasən, Kral Donanmasının sənədində qadın zabitlər üçün nəzərdə tutulmuş köhnə 1 nömrəli geyim formasındakı yuxarı “dekorativ” düymələrin yerləşdirilməsinin uyğun hesab edilmədiyi vurğulanıb.

Yeni model formaların iki mərhələdə — bu ilin sentyabrında və gələn ilin fevralında istifadəyə verilməsi planlaşdırılır.