Dəniz müstəntiqləri üçün yeni tədris nümunəsi

80

Böyük Britaniyanın Dəniz Qəzalarının Təhqiqi Şöbəsi (MAIB) 2021-ci ildə faciəvi şəkildə batan “Nicola Faith” balıqçı gəmisinin qalıqlarını Krenfild Universitetinə bağışlayıb.

Üç ekipaj üzvünün ölümü ilə nəticələnən qəzadan sonra dənizin dibindən çıxarılan 9,8 metr uzunluğundakı polad gövdəli gəmi bundan sonra gənc müstəntiqlərin təlimi üçün praktiki vəsait rolunu oynayacaq.

Uels sahillərində itkin düşən və aylarla davam edən intensiv axtarışlardan sonra tapılan gəmi üzərində aparılan araşdırmalar göstərib ki, gəminin konstruksiyasında edilən çoxsaylı dəyişikliklər onun dayanıqlığını (stabilliyini) ciddi şəkildə azaldıb. İstintaq nəticəsində məlum olub ki, gəmi həddindən artıq yükləndiyi üçün qəfil aşaraq batıb.

Universitetə təqdim olunan qalıqlar və toplanmış sübutlar əsasında tələbələr real qəza ssenariləri üzərində təhqiqat vərdişlərinə yiyələnəcəklər. “Pisces II” adı verilən gəmi uzun illərdir bu məqsədlə istifadə olunan köhnə təlim gəmisini əvəz edəcək.

Seanews.az