“Gadamly”dan sonra növbə “Mənzil”də — Eldar Salahov

160

Yaxın aylarda ikinci yükdaşıma gəmisinin suya buraxılması planlaşdırılır. Növbəti gəminin adı “Mənzil” olacaq.

Bu barədə Bakı Beynəlxalq Dəniz Limanı MMC-nin baş direktoru Eldar Salahov Bakı Limanında “Gadamly” gəmisinin qarşılanma mərasimində çıxışı zamanı bildirib.

E.Salahov qeyd edib ki, “Gadamly” gəmisinin fəaliyyəti ölkələr və xalqlar arasında daha sıx və dostluq münasibətlərinin formalaşmasına töhfə verəcək.

Onun sözlərinə görə, yeni gəmi layihələri regional əməkdaşlığın genişlənməsi və yükdaşımaların səmərəliliyinin artırılması baxımından da əhəmiyyətlidir.