Yeni quru yük gəmisi Bakıya gəlib

123

Türkmənistanın “Balkan” gəmiqayırma zavodunda koreyalı mütəxəssislərlə birgə inşa edilmiş “Gadamly” adlı ilk quru yük gəmisi Bakı Beynəlxalq Dəniz Ticarət Limanına yanaşıb.

Gəminin Bakı və Türkmənbaşı limanları arasında müntəzəm konteyner daşımalarında istifadə olunacağı bildirilir.

Yeni gəminin istismara verilməsi Orta Dəhlizin və ümumilikdə Avrasiya Nəqliyyat Marşrutunun inkişafı baxımından mühüm addım kimi qiymətləndirilir.

Yükgötürmə qabiliyyəti 6 100 ton olan “Gadamly” 240 ədəd 20 futluq konteyner daşımaq imkanına malikdir. Onun istismara verilməsi Bakı Limanının illik yükaşırma göstəricilərinin artmasına da müsbət təsir göstərəcəyi gözlənilir.

REPORT.AZ