Dəniz Akademiyasından 28 May paylaşımı

217

28 May Azərbaycan xalqının şanlı tarixində müstəsna yer tutan gündür. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin elan olunması ilə xalqımız öz müstəqil dövlətini quraraq Şərqdə ilk parlamentli demokratik respublikanın əsasını qoydu.

Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti milli dövlətçilik ənənələrinin formalaşmasında, demokratik dəyərlərin bərqərar olunmasında və milli kimliyin möhkəmlənməsində mühüm rol oynadı.

Bu gün müstəqil Azərbaycan dövləti həmin tarixi irsin davamçısı kimi güclü siyasi, iqtisadi və hərbi potensialı ilə regionun aparıcı dövlətlərindən birinə çevrilib. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, Azərbaycanın suverenliyi və milli maraqları qətiyyətlə qorunur.

28 May – Müstəqillik Günü xalqımızın azadlıq ruhunu, dövlətçilik iradəsini və milli qürurunu əks etdirən əlamətdar tarixdir.

Müstəqilliyimiz əbədi, dövlətimiz daim qüdrətli olsun!

#ADDA