Həyat qurtaran aksiya

50

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) könüllü qanvermə aksiyası keçirilib.

Denizxeber.az “Seanews.az”-a istinadən xəbər verir ki, Aksiya çərçivəsində Səhiyyə Nazirliyi Respublika Qan Bankının həkim-hematoloqları tərəfindən donor olmaq istəyən əməkdaşların ilkin tibbi müayinəsi aparılıb. Sağlamlıq vəziyyəti uyğun hesab edilən şəxslərdən qan götürülüb.

ASCO-nun Sosial inkişaf və nəqliyyat departamentinin təşkilatçılığı ilə keçirilən humanitar tədbirdə şirkətin müxtəlif struktur bölmələrinin əməkdaşları fəal iştirak ediblər.

Toplanan qan ehtiyatı talassemiya və digər irsi qan xəstəliklərindən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.

Qanvermə aksiyası sosial məsuliyyət və həmrəylik nümunəsi olmaqla yanaşı, ehtiyacı olan insanların sağlamlığına dəstək məqsədi daşıyır.