Tədbir çərçivəsində stendlər arasında diqqət çəkən xüsusi bir guşə də yer alıb. Burada nə reklam, nə də korporativ loqolar vardı – əvəzində uşaqların səmimi gülüşləri eşidilirdi.
Denizxeber.az bildirir ki, bu məkan “Ümid var” inklüziv yaradıcılıq birliyinə məxsus idi. Stenddə xüsusi qayğıya ehtiyacı olan şəxslərin əl işləri, rəsm əsərləri və onların öz dünyalarını əks etdirən yaradıcılıq nümunələri təqdim olunub.
“Ümid var” inklüziv yaradıcılıq birliyi 2014-cü ildən “Uşaqların xoşbəxt gələcəyi naminə” ictimai birliyinin tərkibində fəaliyyət göstərir. Təşkilat bu illər ərzində xüsusi qayğıya ehtiyacı olan şəxslərin dəstəklənməsi və cəmiyyətə inteqrasiyasına yönəlmiş bir sıra layihə və təşəbbüslərin həyata keçirilməsi ilə tanınır.











