Tanker raketlə vuruldu

55

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranla əlaqəli daha bir neft tankerinin Hörmüz boğazı yaxınlığında hərəkətsiz vəziyyətə gətirildiyini açıqlayıb. Bununla da son günlərdə ABŞ qüvvələrinin dayandırdığı belə gəmilərin sayı altıya çatıb.

Denizxeber.az “Seanews.az”-a istinadən xəbər verir ki, bayraqsız fəaliyyət göstərən “Lexie” adlı tanker İranın əsas neft ixrac terminallarından biri olan Xark adasına doğru hərəkət edirdi. CENTCOM-un məlumatına görə, gəmi heyətinə 24 saat ərzində bir neçə dəfə dayanma əmri verilib, lakin bu göstərişlərə əməl olunmayıb.

Bunun ardınca ABŞ-a məxsus hərbi təyyarə tərəfindən tankerin mühərrik bölməsinə “Hellfire” tipli idarəolunan raket zərbəsi endirilib və gəmi sıradan çıxarılıb.

Məlumatda qeyd olunur ki, 2001-ci ildə inşa edilən və təxminən 300 min ton yükdaşıma qabiliyyətinə malik tanker ABŞ tərəfindən İranın neft ticarətində iştirakı səbəbilə sanksiya siyahısına daxil edilib. AIS izləmə məlumatlarına əsasən, gəmi son üç ay ərzində əsasən transponderini söndürərək fəaliyyət göstərib.