Xəzər Neft və Qaz Sərgisində üçüncü gün

236

Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi həmdə enerji həftəsi bu gün artıq öz işini yekunlaşdırdı.

Denizxeber.az bildirir ki, Açılış mərasimində şəxsən iştirak edən prezident İlham Əliyevin tədbir qonaqlarına və iştirakçılarına müraciyyətindən sonra, start götürən tədbir 3 gün ərzində fərqli panel iclasların keçirilməsi ilə müşayət olundu. Fərqli mövzuların yer aldığı panellər  fonunda, əsasən mövzulardan biri, bərpaolunan enerji mənbələrinin və mövcud enerji sistemlərinin inkişaf etdirilməsi oldu. Azərbaycanda dam örtükləri üzərində günəş panellərinin potensialının qiymətləndirilməsi eləcə də texniki və strateji mövzular əsas hədəf seçilmişdir. “Energy week” çərçivəsində öz işinə başlayan brendlər sərgisində  xarici və yerli şirkətlər iştirak edib.

Xatırladaq ki,tədbir iyun ayın 1-dən 3-ə qədər davam edib.