Avtomobillər Xəzər fonunda

117

Azərbaycan Avtomobil Federasiyası (AAF) və “Nazar Holdings”in birgə təşkilatçılığı ilə Dənizkənarı Milli Parkda növbəti “Classics & Supercars” festivalı start götürüb.

Denizxeber.az Oxu.Az istinadən xəbər verir ki, iki gün davam edəcək festival çərçivəsində Bakı bulvarında klassik, superkar və idman avtomobilləri nümayiş olunur.

Tədbirdə Azərbaycan Avtomobil Federasiyasının kolleksiyası ilə yanaşı, qeydiyyatdan keçmiş avtomobil sahiblərinin nəqliyyat vasitələri də sərgilənir. 1986-cı ilədək istehsal olunan klassik avtomobillər avtomobil sənayesinin tarixi inkişaf mərhələlərini əks etdirən nadir nümunələr kimi ziyarətçilərin marağına səbəb olur.

Festivalda həmçinin müasir texnologiyalarla təchiz olunmuş idman avtomobilləri və superkarlar da nümayiş etdirilir.

Azərbaycan Su İdman Növləri Federasiyasının icraçı vitse-prezidenti Fərhad Əliyev bildirib ki, tədbirə böyük maraq var və belə festivalların Xəzər dənizi hövzəsinə yaxın ərazidə keçirilməsi əlavə diqqət və rəng qatır.

Qeyd edək ki, festival iyunun 6-da saat 18:00-dək, iyunun 7-də isə saat 16:00-dək davam edəcək.