NATO Baltik dənizində “BALTOPS 26” təliminə start verib. Polşa Müdafiə Nazirliyinin məlumatına görə, Qdinyadan çıxan NATO gəmiləri növbəti iki həftə ərzində müttəfiq və tərəfdaş ölkələrlə birlikdə dəniz təhlükəsizliyi üzrə koordinasiyalı məşqlər keçirəcək.
Denizxeber.az bildirir ki, təlimdə 15 ölkə və təxminən 20 hərbi gəmi iştirak edir. Proqram çərçivəsində gəmi əleyhinə və hava hücumundan müdafiə manevrləri, desant əməliyyatları, minatəmizləmə və pilotsuz sistemlərin tətbiqi üzrə hazırlıqlar yer alır. Məqsəd alyans qüvvələrinin birgə fəaliyyət qabiliyyətini və Baltik regionunda dəniz təhlükəsizliyini gücləndirməkdir.





