Rumıniyanın Konstansa dəniz limanında güclü partlayış qeydə alınıb.
Denizxeber.az bildirir ki, ilkin ehtimallara əsasən, hadisəyə dəniz dronunun partlaması səbəb olub.
Partlayışdan sonra hadisə yerinə çoxsaylı polis əməkdaşları, mühəndis-istehkam qrupları və xilasedicilər cəlb edilib. Ərazi mühasirəyə alınaraq təhlükəsizlik tədbirləri gücləndirilib.
Hadisə nəticəsində xəsarət alanların olub-olmaması və partlayışın dəqiq səbəbləri barədə hələlik rəsmi məlumat açıqlanmayıb.
Səlahiyyətli qurumlar insidentin bütün təfərrüatlarını araşdırır. Yeni məlumatlar əldə olunduqca ictimaiyyətə açıqlanacağı gözlənilir.





