Türkiyə bayraqlı gəmidə itkilər var

56

Qara dənizdə Türkiyə bayrağı altında üzən “Duru 67” balıqçı gəmisinə hücum edilib.

Denizxeber.az bildirir ki, hadisə iyunun 5-də Krım yarımadasının qərbində, Sevastopol sahilləri yaxınlığında baş verib.

Hücum nəticəsində gəmi batıb, ekipaj üzvlərindən bir nəfər həyatını itirib. Daha dörd balıqçı yaralı vəziyyətdə yaxınlıqda olan “Burak Kaya” balıqçı gəmisi tərəfindən xilas edilib.

Hadisə yerinə Türkiyə Sahil Mühafizəsi Komandanlığına məxsus “TCSG-96” gəmisi göndərilib. Gəmi həlak olan balıqçının cəsədini və yaralıları götürərək İnebolu limanına yola düşüb.

Hadisənin hansı şəraitdə baş verdiyi və hücumun təfərrüatları ilə bağlı araşdırmalar davam edir.