ADY-nin Bakı Limanının RoboPort komandası Azərbaycanda keçirilən “Robot Challenge 2026” yarışında uğurla iştirak edərək yüksək nəticə əldə edib.
Denizxeber.az bildirir ki, komanda Line Follower kateqoriyası üzrə müxtəlif yaş qruplarını təmsil edən 25 komandanı geridə qoyaraq, 9,6 saniyəlik nəticə ilə II yerə layiq görülüb.
Bu uğur Bakı Limanında həyata keçirilən “RoboPort” layihəsinin səmərəliliyini və gənclərin texnologiya sahəsində qazandıqları bilik və bacarıqları bir daha nümayiş etdirib.
Qeyd edək ki, Korporativ Sosial Məsuliyyət (KSM) proqramı çərçivəsində 2024-cü ildən etibarən Bakı Limanında Ələt qəsəbəsinin məktəbliləri üçün robototexnika, kodlaşdırma və STEAM istiqamətlərini əhatə edən RoboPort layihəsi həyata keçirilir.
2026-cı ilin mart ayından layihənin üçüncü sessiyasına start verilib və seçim mərhələsini uğurla keçən 24 şagird təlimlərə cəlb olunub.
Yeddi moduldan ibarət tədris proqramı altı ay davam edir. Proqramı uğurla başa vuran iştirakçılar müvafiq sertifikatlarla təltif olunacaqlar.







