ABŞ Silahlı Qüvvələrindən okeanda xüsusi əməliyyat: Kater darmadağın edildi, ölənlər var

49

Sakit okeanın şərq akvatoriyasında ABŞ Silahlı Qüvvələri tərəfindən narkotik qaçaqmalçılarına aid olduğu ehtimal edilən katerə zərbələr endirilib.

Denizxeber.az bildirir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı məlumat yayıb.

Rəsmi açıqlamaya əsasən, həyata keçirilən operativ əməliyyat zamanı bir nəfər ölüb, iki nəfər isə sağ qalıb.

Hadisədən dərhal sonra axtarış-xilasetmə sisteminin aktivləşdirilməsi məqsədilə Cənub Komandanlığı tərəfindən Sahil Mühafizə Xidmətinə müvafiq məlumat ötürülüb və tədbirlər görülüb.