Azərbaycan Dövlət Dəniz Akademiyasının müəllimi mühüm beynəlxalq uğura imza atıb – FOTO

630

Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) “Gəmi energetik qurğularının istismarı” kafedrasının baş müəllimi, texnika elmləri üzrə fəlsəfə doktoru Natalya Fatyanova beynəlxalq elmi ictimaiyyətdə tanınan və Scopus elmi istinad bazasında indekslənən “Applied Chemical Engineering (ACE)” jurnalının Redaksiya Heyətinə üzv seçilib.

Denizxeber.az bildirir ki, Natalya Fatyanova uzun illərdir ADDA-da elmi-pedaqoji fəaliyyət göstərir. Onun elmi araşdırmaları əsasən gəmi gövdələrinin korroziyadan mühafizəsi, müasir lak-boya örtüklərinin tətbiqi və nanomateriallardan istifadə etməklə korroziyaya davamlılığın artırılması istiqamətlərini əhatə edir.

2025-ci ildə “Lak-boya örtüklərində nanodoldurucuların istifadəsi ilə gəmi gövdəsinin korroziya dözümlüyünün yüksəldilməsi” mövzusunda dissertasiya işini uğurla müdafiə edərək texnika elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsini əldə edən N. Fatyanovanın elmi nəticələri yerli və beynəlxalq elmi dairələrdə maraqla qarşılanıb.

“Applied Chemical Engineering (ACE)” jurnalının Redaksiya Heyətinə üzv seçilməsi onun elmi nailiyyətlərinin, tədqiqat fəaliyyətinin və peşəkar kompetensiyalarının beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsinin növbəti göstəricisidir.

Azərbaycan Dövlət Dəniz Akademiyasının kollektivi adından Natalya Fatyanovanı bu uğur münasibətilə səmimi qəlbdən təbrik edir, ona gələcək elmi-pedaqoji fəaliyyətində yeni nailiyyətlər, möhkəm cansağlığı və uğurlar arzulayırıq.

“ADDA müəllimı beynəlxalq Scopus indeksli jurnalın redaksiya heyətinə üzv seçilib” teqi üzrə xəbərlər

https://gundelik.az/category/elm-tehsil/