Bakı komandası son hazırlıq prosesində – FOTO – VIDEO

122

Açıq Bakı birinciliyinin start verilməsinə bir gün qalıb. Turnirdə mübarizə aparacaq Bakı komandası yarışdan əvvəl son hazırlıq prosesini tamamlayıb.

Denizxeber.az bildirir ki, idmançıların turnirə tam hazır olması məqsədilə keçirilən son məşqlərdə taktiki və fiziki hazırlığa xüsusi diqqət yetirilib.

Məşqçilər korpusunun rəhbərliyi altında baş tutan hazırlıq prosesində komanda üzvlərinin yüksək motivasiyada olduğu və birincilikdə uğurlu nəticə göstərmək üçün tam heyətlə mübarizəyə hazırlaşdıqları bildirilir.

Qeyd edək ki, nüfuzlu idman yarışının rəsmi açılış mərasimi və ilk qarşılaşmaları sabah start götürəcək.