Bakıda mühüm iqtisadi görüş: “AZCON Holding” və Asiya İnfrastruktur İnvestisiya Bankı nümayəndələri görüşdü

248

“AZCON Holding”in icraçı direktoru Şahin Babayev Asiya İnfrastruktur İnvestisiya Bankının (AIIB) Dövlət sektoru üzrə baş direktoru xanım Syaohon Yan ilə görüş keçirib.

Denizxeber.az bildirir ki, görüş çərçivəsində tərəflər arasında metro, dəmir yolu və liman infrastrukturunun inkişafı sahələrində icra olunan cari layihələrin mövcud vəziyyəti geniş dəyərləndirilib.

İclasda həmçinin tərəflər arasında əvvəllər imzalanmış Anlaşma Memorandumunda nəzərdə tutulan əməkdaşlıq istiqamətləri və onların praktiki icrası elementləri müzakirə olunub. Eyni zamanda, gələcək tərəfdaşlığın genişləndirilməsi məqsədilə prioritet sahələr müəyyənləşdirilib, qarşılıqlı maraq doğuran perspektivli layihələr ətrafında ətraflı fikir mübadiləsi aparılıb.