Dənizdə İnsan Həyatının Mühafizəsi üzrə Təlim Mərkəzində təlimlər beynəlxalq standartların tələbləri səviyyəsində müvəffəqiyyətlə həyata keçirilir.
Denizxeber.az bildirir ki, mərkəzdə dənizçilərin peşəkar hazırlığının artırılması, fövqəladə hallarda operativ fəaliyyət və xilasetmə qaydalarına dərindən yiyələnməsi məqsədilə xüsusi proqramlar tətbiq olunur.
Tədris prosesi müasir texniki avadanlıqlar və qlobal dənizçilik konvensiyalarının normativlərinə uyğun olaraq idarə edilir. Təlimləri uğurla başa vuran iştirakçılara beynəlxalq səviyyədə tanınan müvafiq sertifikatlar təqdim olunur.





