Şok iddia: İranın əlində dünyanı iflic edəcək qüvvə var!

85

ABŞ kəşfiyyat xidmətləri hesab edirlər ki, İran istədiyi vaxt Hörmüz boğazını bağlamaq imkanına malikdir və bu potensial Tehrana qlobal iqtisadiyyata təsir göstərmək üçün mühüm rıçaq verir.

Denizxeber.az bildirir ki, bu barədə CNN telekanalı kəşfiyyat mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, boğazın açıq saxlanılması ilə bağlı iyunun 19-da tərəflər arasında saziş imzalanması planlaşdırılsa da, İran son münaqişə zamanı bu strateji dəniz marşrutunu bloklamaq qabiliyyətini nümayiş etdirib. ABŞ kəşfiyyatı rəsmi Tehranın gələcəkdə də bu imkanlardan təzyiq vasitəsi kimi istifadə edə biləcəyini ehtimal edir.

Mənbələrdən biri telekanala açıqlamasında bildirib ki, yaranmış vəziyyət fonunda boğaza nəzarət faktiki olaraq İrana keçib: “Bu, istənilən nüvə silahından daha güclü təzyiq vasitəsidir. Müharibə Tehranın belə təsir rıçaqlarından istifadəyə yanaşmasını kökündən dəyişib”, – deyə mətndə qeyd olunub.

Qeyd edək ki, Hörmüz boğazı qlobal enerji tədarükü üçün ən mühüm dəniz marşrutlarından biri hesab olunur. ABŞ və İran arasında boğazın açıq saxlanılmasına dair anlaşma memorandumunun iyunun 19-da imzalanacağı gözlənilir.