Azərbaycanda su polosu idman növünə maraq göstərən və gələcəkdə milli komandanın heyətində ölkəmizi beynəlxalq arenalarda təmsil etmək istəyən yeniyetmə və gənclər üçün yeni imkan yaradılıb.
Denizxeber.az bildirir ki, Bakı Su İdmanı Sarayı professional məşqçilərin rəhbərliyi altında su polosu üzrə qəbul və məşqlərə start verib.
Təlimlər beynəlxalq standartlara cavab verən müasir infrastrukturda keçirilir. Proqramın əsas məqsədi ölkədə su idmanı növlərinin kütləviliyini təmin etmək və gələcək milli komanda üçün peşəkar idmançılar yetişdirməkdir.
Məşqlərə qoşulmaq və qeydiyyatdan keçmək istəyənlər rəsmi instaqram platforması vasitəsilə @aquatic_palace səhifəsinə müraciət edərək ətraflı məlumat ala bilərlər.





