Xəzər dənizində 3.5 maqnitudalı zəlzələ qeydə alınıb.
Denizxeber.az bildirir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb.
Rəsmi məlumata əsasən, yeraltı təkanlar yerli vaxtla saat 11:53-də baş verib.
Seysmoloji mərkəzdən bildirilib ki, zəlzələnin ocağı dənizin 19 kilometr dərinliyində yerləşib.





