Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan, ölkəmizin müasir enerji strategiyasının ən mühüm nailiyyətlərindən olan Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinin idarə edilməsində yeni bir mərhələ başlayır.
Denizxeber.az bildirir ki, “Üç dənizin əfsanəsi” adlandırılan bu layihədə bp və tərəfdaşlarımızla uzun illər ərzində formalaşmış etibarlı əməkdaşlığı daha da inkişaf etdirərək, BTC sistemi üzrə vahid operatorluq məsuliyyətini SOCAR olaraq üzərimizə götürürük.
Əminliklə deyə bilərəm ki, güclü kadr potensialımız, peşəkar təcrübəmiz və müasir yanaşmamızla bu strateji missiyanı beynəlxalq standartlara uyğun, fasiləsiz və etibarlı şəkildə davam etdirməyə tam hazırıq.










