Beşinci ənənəvi açıq suda üzmə turniri keçiriləcək

81
Screenshot

Avqustun 8-də Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə açıq suda növbəti ənənəvi kütləvi üzmə yarışı keçiriləcək. Bu möhtəşəm idman tədbiri Mingəçevir şəhərində, Kür çayının iki sahili arasında baş tutacaq.

Denizxeber.az bildirir ki, sayca 5-ci dəfə təşkil ediləcək yarışda ölkənin bütün şəhər və rayonlarından üzmə bacarığına malik olan və sağlamlıq vəziyyəti imkan verən 12 yaşdan yuxarı hər bir şəxs iştirak edə bilər. Geniş kütləviliyi təmin etmək məqsədilə yarışlar aşağıdakı yaş kateqoriyaları üzrə təşkil olunacaq:

  • 12–17 yaş
  • 18–23 yaş
  • 24–35 yaş
  • 36–55 yaş
  • 56–70 yaş
  • 70+ yaş

Yarışda iştirak etmək tamamilə ödənişsizdir. Lakin təhlükəsizlik və təşkilati qaydalara uyğun olaraq iştirakçı yerləri məhduddur. Nəzərdə tutulmuş ümumi iştirakçı sayı tamamlandığı an qeydiyyat prosesi dərhal dayandırılacaq. Bu səbəbdən yarışa qatılmaq istəyən şəxslərin öncədən qeydiyyatdan keçmələri mütləqdir.