Ümumdünya Allergiya ilə Mübarizə Günü 2005-ci ildən etibarən hər il iyulun 8-də qeyd olunur.
Denizxeber.az bildirir ki, Ümumdünya Allergiya Təşkilatının və Ümumdünya İmmunopatologiya Təşkilatının qərarı ilə qeyd edilən bu günün məqsədi allergiyanın əlamətləri, qarşısının alınması və müalicəsi barədə ictimaiyyəti məlumatlandırmaqdır.





