Gənc üzgüçülərimizdən 4 rekord və 1 final!

76

Almaniyada keçirilən üzgüçülük üzrə Avropa Çempionatının (U-18) ilk iki günü ərzində gənc idmançılarımızın nəticələri: 4 şəxsi rekord, 1 final

Oğlanlar arasında 50 metr bras üsulu – Yeqor Maynitski

⁠Avropa Çempionatındakı nəticəsi: 30.37

Öncəki ən yaxşı nəticəsi: 30.82

Qızlar arasında 50 metr sərbəst üsul – Məryəm Cavadova

⁠Avropa Çempionatındakı nəticəsi: 27.66

Öncəki ən yaxşı nəticəsi: 28.75

Oğlanlar arasında 200 metr qarışıq üsul – Yeqor Maynitski

⁠Avropa Çempionatındakı nəticəsi: 2.07.55

Öncəki ən yaxşı nəticəsi: 2.08.66

Oğlanlar arasında 1500 metr sərbəst üsul – Fərhad Şirməmmədli

⁠Avropa Çempionatındakı nəticəsi: 16.12.25

Öncəki ən yaxşı nəticəsi: 16.34.53

Həmin kateqoriyada Süleyman İsmayılzadə 15.37.48 nəticə ilə sabah baş tutacaq finala yüksəlib.

Qeyd edək ki, yarış 7-12 iyul tarixlərində Münhen şəhərində keçirilir. Milli komandamız turnirdə 7 idmançıyla təmsil olunur: Anastasiya Qnusina (14 yaş), Fərhad Şirməmmədli (15 yaş), Mehri Əbdürəhmanlı (15 yaş), Məryəm Cavadova (14 yaş), Oqtay Hüseynov (16 yaş), Süleyman İsmayılzadə (17 yaş), Yeqor Maynitski (16 yaş). Baş məşqçi – Luka Qabrilo, məşqçilər – Rəşad Əliyev, Ruslan Hətəmxanov.