“Maersk” və “Hapag-Lloyd” yenidən Süveyş kanalına qayıdır

48

“Maersk” və “Hapag-Lloyd” şirkətləri AE15 adlı Asiya–Avropa konteyner xidmətinin marşrutunda dəyişiklik edərək gəmilərin yenidən Süveyş kanalı və Qırmızı dəniz üzərindən hərəkət edəcəyini açıqlayıblar.

Denizxeber.az bildirir ki, marşrut üzrə ilk səfəri “Majestic Maersk” konteyner gəmisi yerinə yetirəcək.

Şirkətlərin bildirdiyinə görə, qərar Qırmızı dənizdə təhlükəsizlik vəziyyətinin hərtərəfli qiymətləndirilməsindən sonra qəbul edilib və Süveyş marşrutuna mərhələli qayıdışın başlanğıcı hesab olunur.

“Maersk” qeyd edib ki, Süveyş kanalı və Qırmızı dəniz marşrutu Asiya ilə Avropa arasında yükdaşımalar üçün ən sürətli, səmərəli və ekoloji baxımdan daha dayanıqlı seçimdir. Yeni dəyişiklik sayəsində müştərilər üçün daşınma müddəti qısalacaq.

Bununla yanaşı, “Maersk” və “Hapag-Lloyd” vurğulayıblar ki, “Gemini Cooperation” çərçivəsində xidmətlərin gələcək fəaliyyəti Qırmızı dənizdə təhlükəsizlik vəziyyətindən və regionda gərginliyin artmamasından asılı olacaq.