Dənizçimiz Elşən Əhmədov Misirdə dünyasını dəyişib

332

Vanatau bayrağı altında üzən gəminin kapitanı, 52 yaşlı Azərbaycan vətəndaşı Əhmədov Elşən Nadir oğlu dünyasını dəyişib.

Denizxeber.az bildirir ki, atasının 40 mərasimində iştirak etmək üçün vətənə qayıtmaq məqsədilə göyərtəni tərk edib.

Azərbaycana uçmağa hazırlaşan kapitanın Misir ərazisində qəfildən vəziyyəti kəskin pisləşib. Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası çağırılsa da, həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. İlkin ehtimallara görə, kapitan qəfil ürəkdayanmasından vəfat edib.

Hazırda mərhum kapitanın nəşi Misirdə morqdadır. Onun cənazəsinin yaxın günlərdə Azərbaycana gətirilməsi və ailəsinə təhvil verilməsi üçün zəruri diplomatik və logistik tədbirlər görülür.

Qeyd edək ki, E.Əhmədov Bakı şəhərinin Qaradağ rayonunun Sahil qəsəbəsi sakini idi.

“Denizxeber.az” kollektivi olaraq mərhum dənizçimizə Allahdan rəhmət, ailəsinə və bütün yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!