Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) gəmi körpülərində istifadə olunan elektron inklinometrlərə dair ISO 19697:2026 beynəlxalq standartının yenilənmiş versiyasını dərc edib.
Denizxeber.az bildirir ki, yenilənmiş standart elektron inklinometrlərin körpü xəbərdarlıq idarəetmə sistemi (Bridge Alert Management – BAM) və gəmidaxili lokal şəbəkə (LAN) ilə inteqrasiyasına dair yeni tələbləri müəyyənləşdirir. Sənədə həmçinin enerji təchizatında nasazlıq yarandıqda avtomatik xəbərdarlıq funksiyası və məlumat mübadiləsi üçün yenilənmiş texniki tələblər daxil edilib.
Elektron inklinometrlər gəminin yana əyilmə bucağını, yırğalanma amplitudasını və dövrünü ölçərək təhlükəsiz naviqasiyaya və qəza araşdırmalarına dəstək verir.
Yenilənmə IMO-nun SOLAS Konvensiyasına edilmiş dəyişikliklərə uyğun hazırlanıb. Yeni qaydalara əsasən, 1 yanvar 2026-cı il və ya daha sonra inşa edilən, ümumi tutumu 3 000 brut ton və daha çox olan konteyner və quru yük gəmiləri elektron inklinometr və ya ekvivalent sistemlə təchiz edilməlidir.





