Rumıniya Xəzərin geoiqtisadi potensialını təhlil edib

94

Rumıniyanın “Jurnalul Național” nəşrində dərc olunan məqalədə dünyanın ən böyük gölü olan Xəzər dənizi haqqında geniş məlumat verilib.

Denizxeber.az bildirir ki, nəşrdə son illərdə iqlim dəyişiklikləri, yağıntıların azalması və Xəzərə tökülən çaylarda su axınının zəifləməsi nəticəsində dənizin səviyyəsində enmə müşahidə olunduğu qeyd edilib. Bildirilib ki, bu proses region ölkələri üçün ekoloji və iqtisadi baxımdan ciddi çağırışlar yaradır.

Məqalədə vurğulanıb ki, Xəzər dənizi yalnız zəngin enerji ehtiyatları ilə deyil, həm də unikal ekosistemi ilə seçilir. Dünyada yalnız bu hövzədə yaşayan Xəzər suitisinin qorunması sahilyanı dövlətlərin birgə səylərini tələb edən əsas məsələlərdən biridir.

“Jurnalul Național”ın qənaətinə görə, Xəzər dənizi Azərbaycan da daxil olmaqla sahilyanı ölkələrin iqtisadi inkişafında, enerji təhlükəsizliyində, beynəlxalq nəqliyyat əlaqələrinin genişləndirilməsində və regional əməkdaşlığın möhkəmləndirilməsində mühüm strateji rol oynamaqda davam edir.