Tankerə raket hücumu qeydə alınıb

50

Böyük Britaniya Hərbi Dəniz Qüvvələri Dəniz Ticarət Daşınmaları Koordinasiya Mərkəzi (UKMTO) Oman sahillərində raketlə vurulan tankerlə bağlı yeni hadisə barədə məlumat verib.

Denizxeber.az TASS-a istinadən xəbər verir.

“UKMTO, Omanın Limah şəhərindən 13 dəniz mili cənub-şərqdə baş verən hadisə barədə məlumat alıb. Tankerin komandası ərazidən çıxış istiqamətində cənub marşrutu üzrə hərəkət edərkən raketlə vurulub. Səlahiyyətlilər araşdırma aparır”, – deyə koordinasiya mərkəzindən bildirilib.

Əlavə detallar açıqlanmayıb.

Qeyd edək ki, iyulun 13-nə keçən gecə UKMTO tankerin Oman sahillərindən 40 dəniz mili şimal-şərqdə raketlə vurulduğunu, ekipajın xəsarət almadığını bildirmişdi.