Avrasiya məkanında geosiyasi və geoiqtisadi reallıqların sürətlə dəyişdiyi müasir dövrdə Orta Dəhliz qlobal ticarət və nəqliyyat sisteminin əsas strateji marşrutlarından birinə çevrilib.
Denizxeber.az bildirir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib.

Deputat qeyd edib ki, Asiya ilə Avropa arasında daha qısa, təhlükəsiz və dayanıqlı logistika əlaqələrinin təmin edilməsində mühüm rol oynayan bu dəhliz beynəlxalq iqtisadi əməkdaşlığın genişlənməsinə, enerji təhlükəsizliyinin gücləndirilməsinə və regional sabitliyin möhkəmlənməsinə mühüm töhfə verir. Ənənəvi ticarət marşrutlarında yaranan risklər və təchizat zəncirlərindəki problemlər marşrutun strateji dəyərini daha da artırıb.
A.Nağıyev vurğulayıb ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı–Tbilisi–Qars dəmir yolu, müasir avtomobil magistralları və rəqəmsal gömrük sistemləri sayəsində Azərbaycan Orta Dəhlizin əsas dayaq nöqtəsinə və tranzit qovşağına çevrilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji nəqliyyat-logistika siyasəti ölkəmizin qlobal ticarətdəki rolunu artırmaqla yanaşı, qeyri-neft sektorunun inkişafına və yeni iş yerlərinin açılmasına xidmət edir.





