Qara dənizdə şok insident – ANBAAN VİDEO

279

Bir neçə gün əvvəl Qara dənizdə Türkiyəyə məxsus “Ro-Ro” tipli “Nadezhda” gəmisinin PUA hücumuna məruz qalıb.

Denizxeber.az Oxu.Az-a istinadən həmin hücumun anbaan görüntülərini əldə edib.

Videoda PUA-nın gəmiyə çırpılma anı və göyərtədəki azərbaycanlılardan bir neçəsinin xəsarət alması əks olunub.

Məlumata görə, gəmidə 22 ekipaj üzvü olub. Onlardan 13-ü Türkiyə vətəndaşıdır. İlkin məlumata əsasən, gəminin yaşayış və burun hissələri zədələnib.

Ekipaj üzvləri Rusiya Hərbi Dəniz Qüvvələri tərəfindən təhlükəsiz şəkildə Novorossiysk limanına təxliyə olunublar.