Oman sahillərində neft ləkəsi təxminən 390 kvadrat kilometr ərazini əhatə edir.
Denizxeber.az bildirir ki, bu barədə Oman hökuməti məlumat yayıb.
Bildirilib ki, sanksiyalar tətbiq edilən və Rusiya xam neftini daşıyan “Caroline Bezengi” tankerinin zədələnməsindən sonra Oman sahillərində genişmiqyaslı neft sızıntısı baş verib.
Gəminin heyəti iyunun 8-də Yəmənin cənubundakı Mukalla limanı yaxınlığında yaranan problemlə bağlı xəbərdarlıq edib. İlkin qiymətləndirmələrə əsasən, gəmidə partlayış baş verib.
Hazırda Oman sahillərindəki neft ləkəsinin sahəsi təxminən 390 kvadrat kilometr, yəni 150 kvadrat mil təşkil edir.
İyulun 28-də çəkilmiş peyk görüntülərində Dhofar vilayəti sahillərində “Caroline Bezengi” tankerinin yaxınlığında neft ləkəsi müşahidə olunub.





