Hüquqi status və ekologiya

60

Sentyabrın 23-də Tehranda Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın iştirakçı dövlətlərinin növbəti iclası keçiriləcək. Görüşdə Xəzəryanı beş ölkənin yüksəksəviyyəli rəsmiləri iştirak edəcəklər.

Denizxeber.az bildirir ki, bu barədə İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi məlumat verib.

Kazım Qəribabadi bildirib ki, İran və digər Xəzəryanı dövlətlər sahilyanı olmayan üçüncü ölkələrin hərbi qüvvələrinin Xəzər dənizinə daxil olmasına qətiyyətlə qarşıdırlar. Bölgənin təhlükəsizliyi müstəsna olaraq beş sahilyanı dövlət tərəfindən təmin olunmalıdır.

XİN rəsmisi Xəzər dənizində suyun səviyyəsinin enməsi, ekoloji çirklənmə və ekosistemin zəifləməsinin gəmiçilik, balıqçılıq, liman infrastrukturu və dəniz nəqliyyatı üçün ciddi təhlükələr yaratdığını diqqətə çatdırıb.

Qəribabadi vurğulayıb ki, Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın ratifikasiyası və qüvvəyə minməsi dəniz dibinin və yeraltı sərvətlərin delimitasiyası prosesinə mənfi təsir göstərməyəcək.