ASCO-nun Azərbaycan Dövlət Dəniz Akademiyası 𝟐𝟎𝟐𝟔/𝟐𝟎𝟐𝟕-ci tədris ili üçün bakalavr səviyyəsi üzrə aşağıdakı ixtisaslara qəbul elan edir.

150

ADDA bakalavr səviyyəsinə dörd ixtisas üzrə qəbul aparır
Dövlət İmtahan Mərkəzi avqustun 12-dən ali təhsil müəssisələrinə ixtisas seçiminə start verib. Seçim prosesi 19 avqustadək davam edəcək.

2026/2027-ci tədris ilində ASCO-nun Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) bakalavriat üzrə 395 tələbənin qəbulu planlaşdırılır. Qəbul dörd ixtisas üzrə aparılacaq.

“Dəniz naviqasiyası mühəndisliyi” üzrə 185 nəfərin qəbulu nəzərdə tutulur. Azərbaycan bölməsində 90-ı əyani, 30-u qiyabi olmaqla 120, rus bölməsində 15, ingilis dilində isə 50 nəfər üçün qəbul aparılacaq.

“Gəmi energetik qurğularının istismarı mühəndisliyi” ixtisasında 125 nəfər təhsil ala biləcək. Onlardan 75-i əyani, 25-i qiyabi olmaqla 100 nəfər Azərbaycan dilində, 25 nəfər isə ingilis dilində təhsil alacaq.

“Elektrik və elektronika mühəndisliyi” üzrə 50 nəfərlik qəbul planının 35-i Azərbaycan, 15-i isə ingilis dilindədir.

“Gəmiqayırma və gəmi təmiri mühəndisliyi” ixtisasında isə Azərbaycan bölməsi üzrə 35 nəfərin qəbulu nəzərdə tutulur.

Bu tədris ili “Dəniz naviqasiyası mühəndisliyi” və “Gəmi energetik qurğularının istismarı mühəndisliyi” üzrə qiyabi qəbul imkanından yalnız subbakalavrlar yararlana biləcəklər. Mövcud qaydalara əsasən, dənizçilik sahəsində çalışan və ADK məzunu olan subbakalavrlar müvafiq ixtisaslara ümumi orta müvəffəqiyyət göstəriciləri əsasında qəbul edilə bilərlər. Bu kateqoriya üzrə qəbul yalnız ödənişli əsaslarla və qiyabi formada həyata keçirilir.

ADDA məzunlarının diplomları 170-dən çox ölkədə tanınır. Tələbələr təhsil müddətində tədris vəsaitləri və geyim forması ilə ödənişsiz təmin edilir, həmçinin yataqxanadan güzəştli şərtlərlə istifadə edə bilirlər.