Aşqabad Beynəlxalq Logistika Forumu və Sərgisinə ev sahibliyi edəcək

65

Türkmənistanın paytaxtı Aşqabad 24–26 noyabr 2026-cı il tarixlərində keçiriləcək Beynəlxalq Logistika Forumu və Sərgisi – “ITTC – 2026” çərçivəsində nəqliyyat və logistika üzrə beynəlxalq dialoqun əsas mərkəzlərindən birinə çevriləcək.

Denizxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, “Beynəlxalq nəqliyyat və tranzit dəhlizləri: əlaqə və inkişaf” mövzusunda keçiriləcək tədbir Türkmənistanın Yol Nəqliyyatı və Dəmir Yolu Nəqliyyatı nazirlikləri, “Türkmenhowaýolları” dövlət şirkəti, Türkmənistan Nəqliyyat və Logistika Mərkəzi, eləcə də Ticarət və Sənaye Palatasının təşkilatçılığı ilə baş tutacaq.

“ITTC – 2026” nəqliyyat və tranzit dəhlizlərinin, logistika infrastrukturunun, multimodal daşımaların və nəqliyyat sektorunun rəqəmsallaşdırılmasının inkişaf perspektivlərinin müzakirə olunacağı beynəlxalq platforma olacaq.Tədbirdə dövlət qurumları, beynəlxalq təşkilatlar, biznes strukturları, investorlar, logistika operatorları və texnologiya həlli təminatçılarının nümayəndələrinin iştirakı gözlənilir.

Orta Dəhliz və Xəzər marşrutları diqqət mərkəzindəForumun biznes proqramında Orta Dəhlizin və Xəzər dənizi üzərindən keçən marşrutların inkişafı, rəqəmsal logistika, nəqliyyat infrastrukturuna investisiya imkanları, hava yükdaşımaları və dayanıqlı nəqliyyat həlləri əsas müzakirə mövzuları olacaq.

İlkin hesablamalara əsasən, tədbirdə 25-dən çox ölkədən 500-dən artıq nümayəndə və 100-ə yaxın şirkətin iştirakı gözlənilir.Forum çərçivəsində B2B və B2G formatında işgüzar görüşlərin keçirilməsi də nəzərdə tutulur. İştirakçılar nəqliyyat və logistika sektorunda innovativ həllər təqdim etmək, yeni tərəfdaşlıqlar qurmaq və beynəlxalq əməkdaşlığın perspektivlərini müzakirə etmək imkanı əldə edəcəklər.

“ITTC – 2026” xüsusilə Xəzər dənizi üzərindən keçən nəqliyyat marşrutlarının və Orta Dəhlizin inkişafı baxımından region ölkələri üçün yeni əməkdaşlıq imkanlarının müzakirə ediləcəyi mühüm platformalardan biri olacaq.Forumda iştirak üçün qeydiyyat artıq açıqdır. Müraciətlər Türkmənistanın rəsmi informasiya portalı vasitəsilə qəbul edilir.