Saxalində balıqçıların toruna düşən köpəkbalığı sahilə çıxarılıb – VİDEO

140

Rusiyanın Saxalin vilayətində balıqçıların Oxot dənizində qurduğu tora düşən köpəkbalığı sahilə çıxarılıb.

Denizxeber.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə SHOT “Telegram” kanalı məlumat yayıb.

Məlumata görə, köpəkbalığının ətrafına toplaşan yerli sakinlər onun dərisinin olduqca sərt olduğunu bildiriblər. Saxalin sakinlərinin sözlərinə görə, son dövrlərdə köpəkbalıqlarının sahilə daha tez-tez yaxınlaşması müşahidə olunur.

Bildirilir ki, siyənək köpəkbalıqları saatda 50–70 kilometrədək sürət yığa bilir. Bu yırtıcıların ovlarını tutmaq məqsədilə sudan sıçramaq qabiliyyətinə malik olduğu da qeyd edilir.

Saxalində köpəkbalığı müşahidələri artırXatırladaq ki, bundan əvvəl də Saxalin vilayətində köpəkbalıqlarının kütləvi şəkildə müşahidə olunması barədə məlumatlar yayılıb.

Xolmsk liman şəhərində uzunluğu təxminən iki metr olan köpəkbalığının sahilə yaxınlaşması çimərlikdə istirahət edən insanlar arasında narahatlıq yaradıb.

Mütəxəssislər dəniz yırtıcılarının daha tez-tez müşahidə edilməsini suyun temperaturunun əhəmiyyətli dərəcədə yüksəlməsi ilə əlaqələndirirlər.

Köpəkbalıqlarının bu cür kütləvi şəkildə görünməsinin ilk nümunələrindən biri Vladivostokda qeydə alınıb. Ötən ilin iyununda həmin ərazidə yırtıcıların ictimai çimərliklərə qədər yaxınlaşdığı və insanların gözü qarşısında ov etdikləri bildirilmişdi.