İctimai Televiziya (İTV) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Dəniz üzgüçülüyü əməliyyatları departamentinin Liman kapitanları şöbəsinin liman nəzarət müfəttişi Rəsul Şirinov haqqında xüsusi videoreportaj hazırlayıb.
Denizxeber.az bildirir ki, materialda liman nəzarət müfəttişinin gün ərzində gəmilərin limanlara təhlükəsiz daxil olması, lövbərdə durması, boşaldılması və yüklənməsi prosesinə etdiyi birbaşa nəzarət əks olunub.
Liman kapitanlığı xidmətinin dənizdə naviqasiya təhlükəsizliyinin təmin edilməsi, gəmilərin texniki vəziyyətinin, gəmi sənədlərinin, eləcə də ekipajın hazırlıq səviyyəsinin beynəlxalq konvensiyalara uyğunluğunun yoxlanılmasındakı mühüm rolu vurğulanıb.
Reportajda Rəsul Şirinovun dənizçilik sahəsindəki təcrübəsi, liman əməliyyatları zamanı operativ qərarların qəbul edilməsi və dəniz ətraf mühitinin mühafizəsi istiqamətində gördüyü işlər tamaşaçılara təqdim edilib.





